Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb

Vladimir Putin, İlham Əliyev

© APA | Vladimir Putin, İlham Əliyev

# 21 sentyabr 2021 13:35 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

APA xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR