Mavrikinin Baş naziri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Mavrikinin Baş naziri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

© APA | Prezident İlham Əliyev

# 04 iyun 2021 16:37 (UTC +04:00)

Mavriki Respublikasının Baş naziri Pravind Kumar Caqnot Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və xalqımın adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mavriki ilə Azərbaycanı qarşılıqlı hörmət və dostluğa əsaslanan yaxşı ikitərəfli münasibətlər birləşdirir. Mən əminəm ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının sədri kimi ötən il gözəl təşəbbüsə - videokonfrans vasitəsilə COVID-19-la mübarizəyə həsr olunmuş Zirvə görüşünə ev sahibliyi etdiyinizə görə Sizə və Azərbaycan Hökumətinə təşəkkür edirəm. Əminəm ki, belə təşəbbüslər pandemiyadan ciddi zərər çəkmiş ölkələrə, xüsusilə də Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardımın göstərilməsinə, bu çətin zamanda vaksinlərin, dərmanların və tibbi avadanlıqların onlar üçün əlçatan olmasına kömək edəcəkdir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir və əmin-amanlıq arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR