Prezident: “Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 13 oktyabr 2021 13:23 (UTC +04:00)

“Biz artıq sərmayə yatırırıq. Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib”.

APA xəbər verir ki, bunu oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində “Bakı azad olunmuş ərazilərə sərmayə qoyacaqmı” sualına cavablnda deyib.

Dövlət başçısı bildirib ki, cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir. Azərbaycan Prezidenti qeyd edib ki, sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq.

“Hazırda biz avtomobil və dəmir yolları inşa edirik. Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Biz onu səkkiz aya inşa etmişik. Daha iki hava limanının inşası davam edir. Bununla yanaşı, biz artıq yaşayış binalarının tikintisi layihələrinə başlamışıq”.

Prezident vurğulayıb ki, iki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib: “Yəni, biz işlərə çox fəal başlamışıq və planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR