Azərbaycana İsveçrədən ilin birinci yarısında 1,3 mln. dollarlıq qol saatları idxal edilib

Azərbaycana İsveçrədən ilin birinci yarısında 1,3 mln. dollarlıq qol saatları idxal edilib
# 11 sentyabr 2020 16:50 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan İsveçrədən 1,3 mln. ABŞ dollar dəyərində 2 815 ədəd qol saatı idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 2,1 dəfə, dəyər ifadəsində isə 2,2 dəfə azdır.

İsveçrədən Azərbaycana miqdar baxımından ən çox adi korpuslu elektriklə işləyən mexaniki indikasiyalı qol saatları idxal olunub. Hesabat dövründə dəyəri 306,8 min. dollar təşkil edən 2 523 vahid qol saatı gətirilib. Dəyər ifadəsində isə idxalda ən çox paya adi korpuslu avtomatik qurulma ilə qol saatları sahib olublar. Hesabat dövründə Azərbaycana bu saatların 244 ədədi (469,1 min dollarlıq) idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR