Belarusdan Azərbaycana ixrac olunan kolbasaların orta qiyməti 3,5% artıb

Belarusdan Azərbaycana ixrac olunan kolbasaların orta qiyməti 3,5% artıb
# 08 sentyabr 2020 16:30 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Belarusdan Azərbaycana 91 ton kolbasa və kolbasa məmulatları ixrac olunub.

"APA-Economics"in Belarus Milli Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Belarusdan Azərbaycana ixrac olunan kolbasa və kolbasa məmulatlarının dəyəri 372,4 min dollar təşkil edib. Ötən ilin birinci yarısı ilə müqayisədə həcm baxımından ixrac 11,2%, dəyər ifadəsində isə 8,1% azalıb.

Hesabat dövründə Belarusdan Azərbaycana gətirilən kolbasa və kolbasa məmulatlarının 1 ton üçün orta qiyməti 4 071 ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR