Qadın sahibkarlar üçün ən əlverişli ölkələrin reytinqi hazırlanıb - TOP-10

Qadın sahibkarlar üçün ən əlverişli ölkələrin reytinqi hazırlanıb - TOP-10
# 24 noyabr 2020 12:55 (UTC +04:00)

"Mastercard" beynəlxalq ödəniş sistemi qadın sahibkarların biznesi üçün ən əlverişli ölkələrin reytinqini ("Mastercard Index of Women Entrepreneurs") tərtib edib.

"APA-Economics"in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, siyahıda ən perspektivli ölkələrin ilk onluğuna İsrail, ABŞ, İsveçrə, Yeni Zelandiya, Polşa, Böyük Britaniya, Kanada, İsveç, Avstraliya və İspaniya daxil olub. Səudiyyə Ərəbistanı, Tunis, İran, Misir, Əlcəzair və Banqladeş isə qadın sahibkarlar üçün ən əlverişsiz ölkələr arasındadır.

Reytinqin müəllifləri pandemiyanın ən çox qadın sahibkarlara zərər vurduğunu bildirir. Mütəxəssislərin hesablamalarına görə, bizneslə məşğul olan qadınların əksəriyyəti (42%-i) onlayn iş rejiminə keçib, 37%-i isə yeni iqtisadi reallıqlara cavab verən sahələrdə inkişaf etməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR