Azərbaycan yanvarda Berlində keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Azərbaycan yanvarda Berlində keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
# 26 sentyabr 2008 10:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin yanvar ayının 16-25-də Berlində (Almaniya) «Beynəlxalq Yaşıl Həftə» («International Green Week») sərgisi keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, sərgidə Azərbaycan sənayesi, mətbəxi və mədəniyyətinin geniş şəkildə təqdim edilməsi məqsədilə milli pavilyonunun yaradılması nəzərdə tutulub.
Bu sərgidə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və ASK-nın təşkilatçılığı ilə yerli şirkətlər də iştirak edəcək. Pavilyonda məhsulların sərgilənməsi üçün şirkətlər vəsait ödəməyəcək. Belə ki, onlar yalnız məhsulların çatdırılması və öz xərclərini ödəyəcək.
Əlaqə telefonu: (+994 12) 465-72-43/44/45.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR