Azərbaycan İstanbulda keçiriləcək Dünya İqtisadi Forumda iştirak edəcək

Azərbaycan İstanbulda keçiriləcək Dünya İqtisadi Forumda iştirak edəcək
# 29 oktyabr 2008 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 30-dan noyabr ayının 1-dək İstanbulda (Türkiyə) Avropa və Mərkəzi Asiya üzrə I Dünya İqtisadi Forumu keçiriləcək.
Azərbaycan-Türkiyə İş Adamları Birliyindən (ATİB) «APA-Economics»ə verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd ölkələrin hazırkı münasibətlərinin müzakirəsi, cari maliyyə və iqtisadi böhranın həlli üçün konstruktiv dialoq aparılması, qlobal oyun qaydalarının dəyişəcəyi gələcəyə gedən yolun müəyyənləşdirilməsindən ibarətdir. Tədbirdə Avropa, Türkiyə, Rusiya, Mərkəzi Asiya və Orta Şərqdən olan beynəlxalq və regional biznes liderlərin, dövlət rəsmilərinin, media nümayəndələrinin, mədəniyyət və din xadimlərinin iştirakı gözlənilir.
Forum əsasən «Böhran nəticəsində durğunluq yaşayan biznes imkanları», «Geosiyasi addımlar və siyasi əməkdaşlıqda etibarın bərpası», «Enerji və mənbələrin bərpası», «Mərkəzi Asiya: əməkdaşlıq çərçivələrinin yenidən müəyyənləşdirilməsi», «Türkiyə və onun bölgədəki lider mövqeyi: Avropa, Asiya və Orta Şərqi birləşdirən körpü olaraq oynadığı rol» mövzularını əhatə edəcək.
Sözügedən forumda Azərbaycanı ATİB-in İdarə Heyətinin sədri Ahmet Erentokun başçılığı altında ATİB-in nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, Dünya İqtisadi Forumu İsveçrədə yaradılmış müstəqil, beynəlxalq, qeyri-kommersiya fondudur. Fond dünya səviyyəli əməkdaşlıq sisteminə çatmaq üçün fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR