Azərbaycan paytaxtında qiymətləndirmə fəaliyyətinin inkişaf potensialına dair beynəlxalq forum keçiriləcək

Azərbaycan paytaxtında qiymətləndirmə fəaliyyətinin inkişaf potensialına dair beynəlxalq forum keçiriləcək
# 25 noyabr 2008 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayının 26-27-də Bakıda «Azərbaycan iqtisadiyyatının modernləşməsi şəraitində əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin inkişaf potensialı və onun beynəlxalq mübadiləsi» mövzusunda konqres keçiriləcək.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Gürcüstan, Ukrayna, Rusiya, Belarus, Moldova və digər ölkələrin qiymətləndiricilər birliklərinin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, konqres Beynəlxalq Maliyyə Korporasiyası (IFC), MDB-nin Qiymətləndiricilər Assosiasiyasının və AQC-nin təşkilatçılığı ilə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR