Ötən il Azərbaycanda verilmiş kvotanın 41%-i səviyyəsində balıq ovlanıb

Ötən il Azərbaycanda verilmiş kvotanın 41%-i səviyyəsində balıq ovlanıb
# 22 yanvar 2009 08:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 71 hüquqi və fiziki şəxs tərəfindən balıq ovuna verilmiş 3 700 ton kvotaya qarşı 1 517 ton (41%) balıq ovlanıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ovlanmış balığın 65 tonu nərəkimilərin, 50 tonu kütüm, 108 tonu siyənək, 76 tonu çapaq, 58 tonu külmə, 27 tonu sıf, 1 020 tonu kilkə balıqlarının, 113 tonu isə xəşəm, kefal, dabanbalığı, çəki, şamayı, qarasol və digər balıq növlərinin payına düşüb. Verilmiş kvota üzrə ödənilmiş məbləğin həcmi 79 min manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR