Bakıda Avrasiya Metrologiya Orqanının illik toplantısı keçiriləcək

Bakıda Avrasiya Metrologiya Orqanının illik toplantısı keçiriləcək
# 06 aprel 2009 14:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mayın 19-22-də Bakıda Avrasiya Metrologiya Orqanı olan COOMET təşkilatının illik toplantısı keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə COOMET-ə üzv ölkələrin metrologiya sahəsindəki orqanlarının rəhbərləri, Beynəlxalq Ölçü və Çəki Bürosunun üzvləri iştirak edəcəklər.
Toplantı çərçivəsində etalonlar üzrə texniki komitənin iclası keçiriləcək, COOMET üzvləri illik hesabatlarını təqdim edəcək, yeni təklif və planları müzakirə olunacaq.
Qeyd edək ki, COOMET təşkilatı ölçü cihazlarının metroloji xüsusiyyətlərinin uyğunlaşdırılması üzrə fəaliyyət göstərir. Təşkilata 17 ölkə üzvdür. Azərbaycan 2007-ci ildən COOMET-ə tam hüquqlu üzvü qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR