Azərbaycanla Gürcüstan arasında iki sənəd imzalanıb

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 29 sentyabr 2021 17:54 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir tədbir çərçivəsində həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb.

"Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR