"Mərcan"ın ən müasir tələblərə cavab verən quş damlarının açılışı olub - FOTO - VİDEO

"Mərcan"ın ən müasir tələblərə cavab verən quş damlarının açılışı olub - FOTO  - VİDEO
# 07 iyun 2021 11:15 (UTC +04:00)

İyunun 3-də Ucar rayonunda “Azerbaijan Poultry Company”nin “Mərcan” brendi üçün 14 yeni quş damının açılışı olub. Tədbirdə Ucar rayon icra başçısı, KİV nümayəndələri, tanınmış inflünserlər və o cümlədən din xadimi iştirak ediblər.

Mərasimi “LU-MUN Holding”in İdarə Heyətinin sədri Rüfət Tabasaranski açaraq holdinq və onun törəmə təsərrüfat cəmiyyətləri haqqında məlumat verib:

“Hələ 2012-ci ildə ilk təməli qoyulmuş “Mərcan” quşçuluq ferması yaşının az olmasına baxmayaraq iri addımlarla inkişaf etməkdə davam edir. Yarandığı gündən etibarən keyfiyyətə, halallığa, yüksək standartlara əhəmiyyət verən şirkət bu prinsiplərdən yayınmadan böyüyür, alıcılarını məmnun etmək üçün daim yeniliklər axtarır.

Bazara yeni daxil olanda ilkin istehsal gücü ildə 7,3 min ton olduğu halda, hazırda “Mərcan” quşçuluq ferması ildə 14,6 min ton təmiz ət məhsulu təminatını qarşılamağa qadirdir. Ölkə prezidenti, cənab İlham Əliyevin ərzaq istehlakının əhəmiyyətli dərəcədə artırılması və tədricən qabaqcıl ölkələrin səviyyəsinə çatdırılması, o cümlədən yeni iş yerlərinin yaradılması istiqamətində imzaladığı sərəncama uyğun addımlar ataraq dövlət siyasətini dəstəklən şirkət bütün dünyanın yaşadığı çətin pandemiya dövrünün ilk günlərindən şirkətimiz davamlı və fasiləsiz məhsul təminatı ilə vətəndaşlarımızın xidmətində durur”, - deyə R. Tabasaranski qeyd edib.

Bu layihənin planlaşdırılmasına 2019-cu ilin aprel ayında start verilib və planlaşdırılan zamanda tikinti başa çatıb. Nəticədə müasir tələblərə cavab verən, Azərbaycanda analoqu olmayan 14 yeni müəssisə bu gündən fəaliyyətə başlayır. Mövcud pandemiya şəraiti və yaxın keçmişdə yaşadığımız müharibənin iqtisadiyyatımıza təsirsiz ötüşmədiyi dövr belə bu planın reallaşmasına mane ola bilmədi.

“Yeni müəssisələrin xüsusi üstünlüyü tam avtomatlaşdırılmış iqlim nəzarəti və baxım normativləridir. Bu yetişdirmə damları operatorsuz çalışa bilən, insanla minimal kontaktı olan obyektlərdir. Yemləmə, su verilmə, havalandırma, gecə gündüz iqlim nəzarəti avtomatlaşdırılmış rejimdə mərkəzi kompüter vasitəsilə idarə olunur. Həmçinin damlar quşların çəkisi, davranışı, narahatlığı və digər məlumatı mərkəzləşdirərək ümumi serverə ötürə bilir. Damda hər hansı gözlənilməz hal baş verdikdə, məsələn, temperatur düşdükdə, təzyiq qalxdıqda - endikdə mühəndis qrupu, sahə rəislərinə sistem tərəfindən SMS ilə xəbərdarlıq göndərilir.

Bu damlar sağlam və keyfiyyətli Mərcan toyuq əti istehsalının əsas təməlidir”, - deyə “Mərcan” quşçuluq fermasının direktoru Pərviz Hacıyev qeyd edib.

“Yarandığı gündən “Mərcan” brendi ilə tanınan “Azerbaijan Poultry Company” Ucar sakinlərinin həyatı ilə yaxından maraqlanan, buradakı yüzlərlə insanın işlə təmin olunmasına səbəb olan, imkansız, qayğıya ehtiyacı olan ailələrə dəstək olan şirkətdir”, - deyə Ucar rayon icra başçısı Mənsur Məmmədov çıxışında söyləyib.

Qımızı lenti kəsmə mərasimindən sonra qonaqlar yeni müəssisələrdən birinin ziyarət etdilər. Daha sonra onları quş emalı zavoduna dəvət etdilər. “Mərcan” toyuq məhsullarının ərsəyə gəlməsi ilə yaxından tanışlıqdan sonra tədbir başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR