Nazir: Azərbaycanın qeyri-neft ixracı bu il tarixi maksimuma çata bilər

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 15 noyabr 2021 10:57 (UTC +04:00)

Azərbaycanın qeyri-neft ixracı üzrə göstəriciləri cari ildə ölkənin iqtisadi tarixində ən yüksək göstəricilər kimi yadda qalacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə 25-ci Bakıda keçirilən Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, cari ildə qeyri-neft sektoru üzrə ixracın həcmi 2,4 mlrd. ABŞ dollarından az olmayacağı nəzərdə tutulur.

Nazir həmçinin investisiya təşviqi sənədi alətindən istifadə edilməsi ilə də bağlı məlumat verib. Bələ ki, onun sözlərinə görə, bu günədək ölkədə 510 çox investisiya layihələri üçün təşviq sənədi verilib.

"Bu sənədlər üzrə layihələrin ümumi dəyəri 4,6 mlrd. manat təşkil edir. Bu, əsasən ölkən regionlarında həyata keçirilən layihələrə şamil olunur", - deyə M. Cabbarov qeyd edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ixracı 16,8 mlrd. dollar, o cümlədən qeyri-neft sektoru üzrə 2,05 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR