Rusiya regionları Azərbaycana məhsul tədarükünü genişləndirməkdə maraqlıdır

Ruslan Mirsayapov

© APA | Ruslan Mirsayapov

# 23 sentyabr 2021 16:47 (UTC +04:00)

Bu ilin sonuna kimi Azərbaycana Rusiya regionlarından 6 biznes nümayəndə heyətinin səfəri nəzərdə tutulub.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin sonunadək Moskva, Orlov, Yaroslav, Rostov, Nijni Novqorod vilayətlərinin və Krasnodar diyarının nümayəndə heyətləri Azərbaycana səfər edəcək.

R. Mirsayapov qeyd edib ki, Rusiya regionları Azərbaycana məhsul tədarükünü genişləndirməkdə maraqlıdır və son aylarda Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər yumşaldılandan sonra (iyun ayında) ölkəyə bir sıra biznes-missiyaları gəlib. Belə ki, qeyd olunan dövrdə Azərbaycana Moskva, Saratov, Kirov və Volqoqrad vilayətləri, həmçinin Adıgeydən nümayəndə heyətləri səfər edib, nümayəndə heyətləri 50-dən çox şirkətlə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR