Rusiyadan Azərbaycana taxta məmulatlarının ixracına icazə verilməyib

Rusiyadan Azərbaycana taxta məmulatlarının ixracına icazə verilməyib
# 17 sentyabr 2021 10:12 (UTC +04:00)

Rusiyanın Tomsk vilayətindən Azərbaycana gətirilən taxta məmulatlarına edilən yoxlamalar zamanı 385 kubmetr məhsullarda 7 yoluxma faktı (meşə zərərvericiləri) aşkar edilib.

"APA-Economics" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, idxal edən ölkələrin fitosanitar tələbləri yerinə yetirilərək, məhsulların ixracına icazə verilməyib.

Məhsul sahibləri taxta məmulatlarında zərərvericilərin olduğu barədə məlumat vermədikləri üçün inzibati məsuliyyətə cəlb edilib, onlara aşkar olunan qüsurun aradan qaldırılması ilə bağlı tədbirlər görmələri təyin olunub.

Məlumatda həmçinin sentyabrın 6-dan 12-dək Çin, Özbəkistan və Azərbaycana 3 892,69 kubmetr ağac məhsullarının (yemək üçün çubuqlar, dondurma çubuqları, taxta plitələr, kabel barabanları, qablaşdırma materialı və s.) göndərildiyi də qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR