Sentyabrın sonunadək Azərbaycanın daha iki rayon mərkəzinə təbii qaz veriləcək

Sentyabrın sonunadək Azərbaycanın daha iki rayon mərkəzinə təbii qaz veriləcək
# 09 sentyabr 2008 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sentyabrın sonuna qədər Azərbaycanın iki rayon mərkəzinə təbii qaz veriləcək. «APA-Economics»in məlumatına görə, bunu «Azəriqaz» QSC-nin prezidenti Əlixan Məlikov bildirib.
Bu ay ilk dəfə olaraq Ağdam rayonunun icra strukturlarının yerləşdiyi Quzanlı qəsəbəsinin və Füzuli rayonunun hazırda inzibati mərkəzi sayılan Horadiz qəsəbəsinə təbii qaz veriləcək.
«Bununla yanaşı bir çox yaşayış məntəqələrinə qazın verilməsinə başlanılacaq. Hazırda ölkə əhalisinin 84%-ə qədəri mavi yanacaqla təmin olunur. Bütün rayonlarda qazlaşdırma işləri aparılır», - deyə Ə.Məlikov əlavə edib.
«Azəriqaz» rəsmisi hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikasına verilən qaza görə İrana heç bir borcunun olmadığını vurğulayıb: «Hazırda bizim 30 mln. kubmetrə yaxın artıq qazımız var və bu, imkan verir ki, qış mövsümündə problemlərlə qarşılaşmayaq».
Bu gün Azərbaycandan Gürcüstana gündə 1-1,5 mln. kubmetr həcmində qaz nəql edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR