Azərbaycanın ən iri neft strukturunda iki platformanın işi dayandırılıb

Azərbaycanın ən iri neft strukturunda iki platformanın işi dayandırılıb
# 18 sentyabr 2008 10:56 (UTC +04:00)
Konsorsiumdan bildirilib ki, platformaların işinin dayandırılması nəticəsində AÇG blokunda neft hasilatı 50%-dən çox azalıb. Platformaların işinin dayandırılmasına səbəb isə ötən gün «Mərkəzi Azəri» dəniz platformasının yaxınlığında detektorlar vasitəsi ilə qaz sızmasının aşkarlanması olub. Bununla əlaqədar platformanın bütün işçiləri evakuasiya edilməsi haqqında qərar qəbul olunub. Nəticədə, 200-dən artıq işçi təhlükəsizlik məqsədi ilə evakuasiya edilib. Hazırda ekspertlər baş verən sızmanın səbəblərini araşdırırlar.
Xatırladaq ki, «Mərkəzi Azəri» platforması «Azəri-Çıraq-Günəşli» layihəsi çərçivəsində qurulmuş hasilat platformalarından biridir və hazırda burada 21 quyu istismar olunur. ABƏŞ «Mərkəzi Azəri»dən neft hasilatına ilk dəfə 2006-cı ilin fevral ayında başlayıb. Ümumilikdə, AÇG-da gündəlik neft hasilatının həcmi 800 min bareldən çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR