API: ABŞ-ın neft ehtiyatları artıb

API: ABŞ-ın neft ehtiyatları artıb
# 15 yanvar 2020 09:24 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (6-12 yanvar) yekunlarına görə, ABŞ-da neft ehtiyatları artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 1,1 mln. barel artaraq 425,1 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 0,8 mln. barel azalacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR