Azərbaycan son 25 ildə ilk dəfə BP-ni neft hasilatını azaltmağa çağırıb

Azərbaycan son 25 ildə ilk dəfə BP-ni neft hasilatını azaltmağa çağırıb
# 27 aprel 2020 10:44 (UTC +04:00)

Azərbaycan 1994-cü ildən bəri ilk dəfə BP şirkətini ölkədəki layihələr çərçivəsində hasilatı azaltmağa çağırıb. Əsas məqsəd "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın neft hasilatını azaltmasına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters" Azərbaycandakı yüksək vəzifəli mənbəyə istinadən xəbər verir.

Qeyd edilir ki, "OPEC+" ölkələrində iri neft şirkətləri ümumiyyətlə hökumət tərəfindən olunan hasilat azalmalarından kənar qalırdı.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR