Türkiyə Qara dənizdə ilk dəfə geoloji kəşfiyyat işlərinə başlayıb

Türkiyə Qara dənizdə ilk dəfə geoloji kəşfiyyat işlərinə başlayıb
# 20 iyul 2020 13:05 (UTC +04:00)

Türkiyənin "Fatih" qazma gəmisi Qara dənizdə ilk dəfə olaraq geoloji kəşfiyyat işlərinə start verib.

"APA-Economics"in məlumatına görə, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, "Fatih" Türkiyə xalqının dəstəyi ilə Qara dənizdəki "Tuna-1" sahəsində qazma işlərinə başlayıb: "Enerji müstəqilliyinə nail olmaq üçün dənizlərimizin hər kvadrat metrində işlər aparılacaq. Orada bir şey varsa, mütləq tapacağıq".

Xatırladaq ki, bundan öncə "Fatih" gəmisinin Qara dənizdə geoloji kəşfiyyat işlərinə iyulun 15-də başlayacağı gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR