ABŞ dünyada neft hasilatı üzrə liderliyini qoruyub saxlayıb

ABŞ dünyada neft hasilatı üzrə liderliyini qoruyub saxlayıb
# 19 avqust 2021 17:48 (UTC +04:00)

Bu ilin iyun ayının nəticələrinə görə, ABŞ dünyada neft hasilatı üzrə liderliyini qoruyub saxlayıb.

APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı “Neft Statistikası üzrə Birgə Təşəbbüs”ə (JODI) istinadən xəbər verir.

Məlumata görə, iyun ayında ABŞ-da ortalama gündəlik neft hasilatı 11,153 mln. barel səviyyəsində olub.

Qeyd olunur ki, sözügedən göstərici üzrə ikinci yerdə Rusiya (gündəlik 9,734 mln. barel), üçüncü yerdə isə Səudiyyə Ərəbistanı (8,927 mln. barel) qərarlaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR