Ağdamın Çıraqlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub - VİDEO

Ağdamın Çıraqlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub - <span class="red_color">VİDEO</span>
# 17 may 2021 12:53 (UTC +04:00)

“Azərişıq” ASC Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ikinci Qarabağ müharibəsi zamanı təmas xəttinə ən yaxın kənd olduğundan bu yaşayış məntəqəsindəki evlərə və eləcə də enerji təsərrüfatına ciddi ziyan dəyib.

Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən kəndlərdə dağılmış evlərə dəymiş zərərlərin aradan qaldırılması ilə bərabər Çıraqlı kəndində 10/0,4 kV-luq elektrik şəbəkəsinin yenidən qurmasına başlandı və hazırda işlər tamamilə yekunlaşıb.

Qeyd edək ki, 70 abonentin yaşadığı Çıraqlı kəndində yeni metal dayaqlar basdırılıb, izolyasiyalı naqillər çəkilib, yeni transformator və sayğaclar quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR