Avropada qazın qiyməti 1 000 dolları ötüb

Avropada qazın qiyməti 1 000 dolları ötüb
# 16 noyabr 2021 13:51 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin 27 oktyabr tarixindən ilk dəfə olaraq 1 000 ABŞ dollarını ötüb.

Məlumata görə, 16 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 1 002 dollar təşkil edib, bu da gün ərzində 5%-dən çox artəm deməkdir.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR