Avropada qazın qiyməti tarixi maksimuma çatıb

Avropada qazın qiyməti tarixi maksimuma çatıb
# 29 sentyabr 2021 12:26 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 040 ABŞ dolları həddini ötüb.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 29 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 8% artaraq 1 045 dollara yaxınlaşıb. Oktyabr fyuçersinin qiyməti isə min kubmetr üçün 1 032 dollar təşkil edir.

Xatırladaq ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Bir ay əvvəl TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti 500 dolları bir qədər üstələyirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR