Azərbaycan benzin ixracını bərpa edib

Azərbaycan benzin ixracını bərpa edib
# 22 iyul 2021 16:39 (UTC +04:00)

Bu ilin may ayında Azərbaycan 13,297 mln. ABŞ dolları dəyərində 25 596,78 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin may ayı ilə müqayisədə həcm ifadəsində 25,3%, dəyər ifadəsində isə 4 dəfə çoxdur.

Azərbaycan 2021-ci ilin yanvar-aprel aylarında ümumiyyətlə benzin ixrac etməyib və maydakı ixrac bu il bir ilk kimi qeydə alınıb. Qeyd edək ki, ölkə ötən il də benzin ixracına may ayından start vermişdi.

Xatırladaq ki, bundan əvvəl sonuncu dəfə Azərbaycan xaricə benzin tədarükünü 2020-ci ilin iyulunda həyata keçirib. Beləliklə, ötən ilin sonuncu benzin ixracı əməliyyatları ilə bu ilin ilk ixracı arasındakı müddət aralığı doqquz ay təşkil edib.

Maraqlısı odur ki, may ayında Azərbaycandan ixrac edilən Aİ-92 benzininin 99,96%-i Cəbəllütariqə tədarük olunub. Qalan hissə Gürcüstana ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR