Azərbaycan əmtəəlik qaz istehsalını 9% artırıb

Azərbaycan əmtəəlik qaz istehsalını 9% artırıb
# 19 may 2021 16:38 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,4 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 7,1% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 11,54 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 10,29 mlrd. kubmetr təşkil edib. İllik müqayisədə əmtəəlik neft hasilatı 6,9% azalıb, əmtəəlik qaz hasilatı isə 9,3% artıb.

Qeyd edilir ki, hesabat dövründə respublikada 11,56 mln. tona yaxın neft (-7,2%) və 613,77 mlrd. kubmetr qaz (+2,7%) hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR