Azərbaycan neftinin orta qiyməti ötən həftə 3%-dən çox artıb

Azərbaycan neftinin orta qiyməti ötən həftə 3%-dən çox artıb
# 20 sentyabr 2021 10:01 (UTC +04:00)

Bu həftə ərzində (13-17 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 75,66 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,66 dollar və ya 3,64% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (III gün) – 77,19 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 73,98 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR