Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 24% artıb - CƏDVƏL

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 24% artıb - CƏDVƏL
# 16 noyabr 2021 13:00 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 592,6 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 90,2%, kimya sənayesi məhsullarının istehsalında 24,2%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 19% artıb. Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 98,9%, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 3,7 dəfə artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

Yanvar-oktyabr, 2021

2020-ci ilin müvafiq dövrünə nisbətən, %

Azot, min kubmetr

18 753,4

100,9

ondan əmtəəlik

666,4

2 dəfə

Yod, ton

139

91,7

Oksigen, min kubmetr

8 138,8

3,4 dəfə

ondan əmtəəlik

8 108,5

3,5 dəfə

Propilen, min ton

119,3

149,7

ondan əmtəəlik

111,6

147,8

Polietilen, min ton

138

129,7

Etilen, min ton

139,7

136,8

Metanol (metil spirti), min ton

291,3

70,8

Lak-boya məmulatları, ton

23 316,6

198,9

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

35 880,2

124,1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR