Azərbaycanın neft məhsullarının ixracından gəlirləri iki dəfədən çox artıb

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri iki dəfədən çox artıb
# 15 sentyabr 2021 18:05 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 448 407,87 min ABŞ dolları dəyərində 971 028,11 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfədən çox, həcmi isə 27,2% artıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Azərbaycan 211 294,56 min dollar dəyərində 763 282,43 ton neft məhsulları ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR