Bu il Azərbaycanın gümüş ixracından gəlirləri 37% artıb

Bu il Azərbaycanın gümüş ixracından gəlirləri 37% artıb
# 19 avqust 2021 15:20 (UTC +04:00)

2021-ci ilin ilk yarısında Azərbaycan xaricə 1,124 mln. ABŞ dolları (1,911 mln. manat) dəyərində 1 457,83 kq gümüş ixrac edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 0,9% az olsa da, dəyər ifadəsində 36,7% çoxdur.

2021-ci ilin yanvar-iyun aylarında ixrac edilən gümüşün 88,3%-i İsveçrəyə, qalan 11,7%-i isə Türkiyəyə göndərilib.

Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycanda 2 438,6 kq gümüş hasil olunub ki, bu da illik müqayisədə 13,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR