Cəbrayılda yaradılmış sənaye parkında ilk rezident qeydə alınıb

Niyazi Səfərov

© APA | Niyazi Səfərov

# 27 oktyabr 2021 12:29 (UTC +04:00)

Cəbrayıl rayonu ərazisində yaradılan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında ilk rezident qeydə alınıb.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu ərazilərdə aktiv quruculuq işləri, kənd təsərrüfatı sahəsində aqroparkların, digər layihələrin icrası istiqamətində işlər aparılır.

"Texnikanın, xüsusilə də kənd təsərrüfatı texnikalarının təmiri və onlara servis göstərilməsi çox aktual mövzudur. Bu baxımdan Rusiyanın tanınmış "KamAZ" şirkəti ilə Gəncə Avtomobil Zavodu tərəfindən Cəbrayıl iqtisadi zonasında böyük texniki servis mərkəzinin təməli qoyulub və yaxın zamanlarda mərkəz fəaliyyətə başlaycaq", - deyə N. Səfərov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR