Çin bu il neft-qaz idxalına 113 mlrd. dollar xərcləyib

Çin bu il neft-qaz idxalına 113 mlrd. dollar xərcləyib
# 07 iyun 2021 11:45 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Çin 2020-ci ilin eyni dövrü ilə müqayisədə neft idxalını 2,3%, təbii qaz idxalını 24,5% artırıb, kömür idxalını isə 25,2% azaldıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin hesabatında deyilir.

Hesabat dövründə Çin 95,43 mlrd. ABŞ dolları dəyərində 220,5 mln. ton neft idxal edib. Dəyər ifadəsində neftin idxalı 20% artıb. Təkcə may ayında Çin 19,2 mlrd. dollar dəyərində 40,96 mln. ton neft idxal edib.

Bu ilin ilk beş ayında Çinə 17,12 mlrd. dollar dəyərində 49,78 mln. ton (qiymət ifadəsində ötən ilin yanvar-may aylarına nisbətən 13,2% çox) təbii qaz idxal edilib.

Təkcə may ayında Çin 3,6 mlrd. dollarlıq 10,32 mln. ton təbii qaz idxal edib.

Bundan əlavə, 2021-ci ilin ilk beş ayında Çin 8,44 mlrd. dollar dəyərində 111,16 mln. ton kömür idxal edib ki, qiymət ifadəsində ötən ilin analoji dövrü ilə müqayisədə kömür idxalı 21,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR