"Daşkəsən Dəmir Filiz" və ADNSU təhsil və elmi-texniki sahələrdə əməkdaşlıq edəcək - FOTO

"Daşkəsən Dəmir Filiz" və ADNSU təhsil və elmi-texniki sahələrdə əməkdaşlıq edəcək - <span class="red_color">FOTO
# 24 iyun 2021 14:16 (UTC +04:00)

"AzerGold" QSC-nin törəmə şirkəti "Daşkəsən Dəmir Filiz" MMC və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında təhsil və elmi-texniki inkişafa dəstək haqqında əməkdaşlıq müqaviləsi imzalanıb.

"AzerGold"dan "APA-Economics"ə verilən məlumata görə, müqaviləni "Daşkəsən Dəmir Filiz" MMC-nin baş direktoru Oqtay Məmmədov və ADNSU-nun rektoru, professor Mustafa Babanlı imzalayıblar.

Əməkdaşlıq sənədi ölkə ərazisində qara metal yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətində aparılan bir sıra tədbirlərin yerinə yetirilməsində məhsuldar tərəfdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyır.

Müqaviləyə əsasən, universitetdə dağ-mədən mühəndisliyi, geologiya, informasiya texnologiyaları sahələrinə uyğun ixtisaslar üzrə təhsil alanlar "Daşkəsən Dəmir Filiz" MMC-nin istehsalat bazasında təcrübəyə cəlb ediləcək, ali təhsil ocağının elmi-texniki heyətinin kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqat aparmaq üçün lazımi şərait yaradılacaq. Bununla yanaşı, şirkətin sifarişi əsasında universitet tərəfindən müvafiq ixtisaslarda yüksək bilik və bacarıqlı kadrların hazırlanması, tələbə və gənc elmi-texniki mütəxəssislərin fəaliyyətinin stimullaşdırması məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi, universitetin analitik laboratoriya xidmətlərindən və maddi-texniki bazasından istifadə etmək üçün şəraitin yaradılması da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR