"Fitch": OPEC ölkələrinin neft ehtiyatları 107 ilə bəs edəcək

"Fitch": OPEC ölkələrinin neft ehtiyatları 107 ilə bəs edəcək
# 03 sentyabr 2021 14:48 (UTC +04:00)

Ötən ilin neft hasilatının səviyyəsini nəzərə alaraq, OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin mövcud neft ehtiyatları onlara hələ 106,8 il bəs edəcək.

"APA-Economics" xəbər verir ki, bu proqnoz "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin və Böyük Britaniyanın BP şirkətinin məlumatları əsasında verilib.

Beynəlxalq agentlik bildirir ki, 2020-ci ildə OPEC ölkələri üzrə orta gündəlik neft hasilatı 31,1 mln. barel təşkil edib.

Xatırladaq ki, hazırda OPEC-in 13 üzvü var: Əlcəzair, Anqola, Venesuela, İndoneziya, İraq, İran, Liviya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Səudiyyə Ərəbistanı və Ekvador.

Məlumata görə, 2020-ci ilin neft hasilatının səviyyəsini nəzərə alaraq, OPEC-ə daxil olmayan ölkələrin neft ehtiyatları onlara 24,6 il bəs edəcək.

Qeyd olunur ki, 2020-ci ildə OPEC-ə daxil olmayan ölkələr üzrə orta gündəlik neft hasilatı 60,2 mln. barel səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR