Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb
# 19 may 2021 13:00 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 92 813,8 min ABŞ dolları dəyərində 609 009,4 ton qaz idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal edilən məhsulun həcmi illik ifadədə 193 758,7 ton və ya 24,1%, dəyəri isə 23 567,8 min dollar və ya 20,2% azalıb. Belə ki, 2020-ci ilin ilk dörd ayında Gürcüstan Azərbaycandan 116 381,6 min dollar dəyərində 802 768,1 ton qaz idxal edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 148 576,8 min dollar dəyərində qaz idxal edib ki, bu da illik ifadədə 7,5% azdır. Gürcüstanın cari ildə qaz idxalının 62,4%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR