IEA: Gündəlik qlobal neft tədarükü sentyabrda 260 min barel azalıb

IEA: Gündəlik qlobal neft tədarükü sentyabrda 260 min barel azalıb
# 14 oktyabr 2021 13:49 (UTC +04:00)

Bu ilin sentyabr ayında gündəlik qlobal neft tədarükü 260 min barel azalaraq 96 mln. barelə düşüb.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.

İstehsalın azalması ABŞ-da "İda" qasırğasının daha ciddi ziyan vurması, həmçinin Kanada və Norveçdə texniki xidmət göstərilməsi səbəbindən istehsalın azalması və bioyanacaq istehsalının mövsümi azalması ilə əlaqədardır.

Hesabatda qeyd olunur ki, sentyabr ayından cari ilin sonunadək gündəlik qlobal neft hasilatı 2,7 mln. barel artacağı gözlənilir, bunun da 1,5 mln. bareli "OPEC+"ın, qalanı isə "OPEC+"a daxil olmayan ölkələrin payına düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR