Moldova Rusiya qazına əvəz axtarır

Andrey Spınu

© APA | Andrey Spınu

# 11 oktyabr 2021 18:04 (UTC +04:00)

Moldova Rumıniya, Ukrayna və ya Avropa İttifaqından alternativ qaz təchizatı variantlarını nəzərdən keçirir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş nazirinin müavini, infrastruktur naziri Andrey Spınu deyib.

Buna baxmayaraq, A. Spınunun sözlərinə görə, Kişinyov "Qazprom"la əlverişli şərtlərlə uzunmüddətli müqavilə bağlamağa ümid edir.

Moldova ilə "Qazprom" arasında əvvəlki razılaşmaya əsasən, respublika qazın 1 000 kubmetrini 200 dollara alıb. Bu razılaşmanın vaxtı sentyabrın 30-da başa çatıb və oktyabrın 1-də müqavilə bir ay müddətinə uzadılıb. Lakin hazırda rəsmi Kişinyov "mavi yanacağı" 2008-ci ildən bağlanan müqaviləyə əsasən alır, buna görə də tədarük qiyməti eyni həcmə görə 790 dollara yüksəlib.

Qeyd olunur ki, hazırda tərəflər uzunmüddətli qaz müqaviləsi bağlamaq üçün danışıqları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR