Neft qiymətlərinin artım tempi yüksəlib

Neft qiymətlərinin artım tempi yüksəlib
# 27 avqust 2021 16:49 (UTC +04:00)

Dünya bazarlarında neft qiymətlərinin artım tempi cümə günü günortadan sonra bir qədər yüksəlib, bu da investorların tropik "Ida" qasırğasının Meksika körfəzinə yaxınlaşacağı gözləntiləri ilə əlaqəlidir.

APA-Economics”in vediyi məlumata görə, bunu ticarət göstəriciləri və analitiklərin şərhləri sübut edir.

Məlumata görə, qasırğa neft tədarükünə təsir göstərə bilər.

Bakı vaxtı ilə saat 16:42-ə olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 1,92% artaraq 1 barelə 71,53 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,34% artaraq 69 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR