Neftçalada orqanik maye gübrə istehsal olunacaq

Neftçalada orqanik maye gübrə istehsal olunacaq
# 25 iyun 2021 17:26 (UTC +04:00)

Neftçala Sənaye Məhəlləsinin ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə orqanik maye gübrələr istehsal edəcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ildə 700 ton məhsul istehsal etmək gücündə malik olacaq müəssisədə 56 iş yeri yaradılacaq.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi dövlət başçısının 2 fevral 2015-ci il tarixli Sərəncamı ilə yaradılıb. 10 hektar ərazini əhatə edən Sənaye Məhəlləsində avtomobil, kənd təsərrüfatı avadanlığı, metal konstruksiyalar, yem, suvarma sistemləri, polietilen suvarma boruları, elektrod istehsalı, balıq emalı və s. müəssisələr fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR