"OPEC+" bu gün neft hasilatı ilə bağlı qərar verəcək

"OPEC+" bu gün neft hasilatı ilə bağlı qərar verəcək
# 04 oktyabr 2021 10:26 (UTC +04:00)

"OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) iştirakçıları bu gün bir sıra görüşlər keçirəcəklər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüşlər zamanı iştirakçılar neft bazarındakı vəziyyəti və gündəlik neft hasilatını hər ay 400 min barel artırmaq məqsədini daşıyan mövcud strategiyanı tənzimləməyən məqsədəuyğunluğunu qiymətləndirəcəklər.

Məlumata görə, öncə "OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin üzvləri video-konfrans formatında bir araya gələcək. Görüşün başlanması Bakı vaxtı ilə saat saat 16:00-a planlaşdırılır. Komitə bazarın təhlili və neft hasilatının məhdudlaşdırılması razılaşmasının yerinə yetirilmə səviyyəsinə əsaslanaraq bütün alyans iştirakçıları üçün daha çox üstünlük veriləcək tədbirlər haqqında tövsiyələr hazırlayır.

Komitənin iclasında sonra "OPEC+"ın bütün iştirakçılarının görüşü keçiriləcək.

Qeyd olunur ki, ötən həftə "OPEC+"ın texniki komitəsinin iclası keçirilib. Komitə 2021-ci ildə neft bazarında tədarük çatışmazlığı ilə bağlı proqnozu əvvəllər gündəlik 0,9 mln. bareldən 1,1 mln. barelədək yüksəldib. Bundan əlavə, "OPEC+" 2022-ci ildə qloba neft bazarında təklif profisitinin gündə 1,6 mln. barel deyil, 1,4 mln. barel olacağını ehtimal edir.

Xatırladaq ki, "OPEC+" pandemiya səbəbindən neftə tələbin azaldığını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 mln. barel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırılıb. Bu ilin may ayında gündəlik hasilat 6,55 mln. barel, iyun ayına 6,2 mln. barel olub, iyulda isə 5,8 mln. barel təşkil edib.

Əlavə etmək lazımdır ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR