"OPEC+" monitorinq komitəsi gündəlik neft hasilatını 400 min barel artırmağı tövsiyə edib

"OPEC+" monitorinq komitəsi gündəlik neft hasilatını 400 min barel artırmağı tövsiyə edib
# 04 oktyabr 2021 17:46 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) monitorinq komitəsinin nazirləri bu gün keçirdikləri toplantıda alyansa daxil olan ölkələrə noyabr ayında gündəlik neft hasilatını 400 min barel artırmaqla istehsalat üzrə mövcud planını davam etdirməyi tövsiyə ediblər.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS-a iştirakçı nümayəndələrdən biri bildirib.

Qeyd olunur ki, komitənin iclası Bakı vaxtı ilə saat 16:20 radələrində başlayıb və uzun sürməyib. Nazirlər neft hasilatını ayda 400 min barel artırmağı nəzərdə tutan mövcud olan planı nəzərdən keçiriblər.

Xatırladaq ki, "OPEC+" pandemiya səbəbindən neftə tələbin azaldığını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 mln. barel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırılıb. Bu ilin may ayında gündəlik hasilat 6,55 mln. barel, iyun ayına 6,2 mln. barel olub, iyulda isə 5,8 mln. barel təşkil edib.

Əlavə etmək lazımdır ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR