"OPEC+" neft bazarında ciddi disbalans riskləri barədə xəbərdarlıq edib

"OPEC+" neft bazarında ciddi disbalans riskləri barədə xəbərdarlıq edib
# 30 iyun 2021 14:42 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) 2022-ci ilin aprel ayından sonra qlobal neft bazarında əhəmiyyətli qeyri-müəyyənlik və potensial disbalans riski barədə xəbərdarlıq edib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters" razılaşma iştirakçılarının daxili hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, "OPEC+" texniki komitəsinin ekspertlərinin fikrincə, tələb və təklifin artacağını nəzərə alaraq, müxtəlif ssenarilərə əsasən 2022-ci ilin sonu üçün qlobal bazarda artıq neft həcmlərinin yaranması gözlənilir.

Məlumata görə, baza ssenariyə əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində 2021-ci ilin III rübündə neft ehtiyatları 2015-2019-cu il ortalama göstəricilərindən 96 mln. barel, IV rübdə isə 125 mln. barel çox olacaq.

Bununla yanaşı, tələbin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq "OPEC+" 2022-ci ilin sonunda bazarda 181 mln. barel artıq təklifin olacağını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR