"Qazprom" qaz hasilatını 16% artırıb

"Qazprom" qaz hasilatını 16% artırıb
# 01 noyabr 2021 17:03 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 158,8 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,9 mlrd. kubmetr və ya 10,4% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.

Məlumata görə, "Qazprom" hesabat dövründə 422,6 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 57,7 mlrd. kubmetr və ya 15,8% çoxdur.

Qeyd olunur ki, hesabat dövründə qazın alışı xüsusən Almaniya (+23,4%), Türkiyə (+110,4%), İtaliya (+15,4%), Serbiya (+101,7%), Rumıniya (+272,2), Polşa (+9,5), Finlandiya (+13,6%), Yunanıstan (+16,3%) və Bolqarıstan (+51,9%) hesabına artıb.

Xatırladaq ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR