Qırğızıstan Azərbaycandan neft və neft məhsullarının idxalında maraqlıdır

Qırğızıstan Azərbaycandan neft və neft məhsullarının idxalında maraqlıdır
# 10 sentyabr 2021 14:46 (UTC +04:00)

Neft, yanacaq və sürtkü yağlarının dünya qiymətlərinin yüksək olması Qırğızıstan iqtisadiyyatına ziyan vurur.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli dövlətlərin toplantısında çıxış edən Qırğızıstanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov deyib.

Onun sözlərinə görə, yanacaq və sürtkü materiallarının tədarükü sahəsində Rusiyanın "Qazprom" şirkəti bu gün inhisarçı mövqe tutur.

"Eyni zamanda, qonşu Qazaxıstan və Azərbaycan daha yaxşı və daha ucuz yanacağın alternativ tədarükü ilə ölkəmizdə və bölgədə qiymətlərin sabitləşməsi problemini əsaslı şəkildə həll etmək üçün kifayət qədər imkanlara malikdir. Təbii qaz, elektrik enerjisi və ərzaq buğdası ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırıq. Bunun müqabilində Qırğızıstan Türk Şurası ölkələrində ən populyar qırğız mallarının ixrac siyasətini yenidən nəzərdən keçirməyə hazırdır. İnvestisiya sahəsində işlərimizi gücləndirməliyik, bununla əlaqədar olaraq Türk Şurasının dövlətlərinə ölkəmizin iqtisadiyyatına sərmayə yatırmaq prosesində fəal iştirak etməyi təklif edirik", - deyə A. Japarov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR