Rusiya neft hasilatı üzrə planlarını açıqlayıb

Rusiya neft hasilatı üzrə planlarını açıqlayıb
# 19 iyul 2021 11:55 (UTC +04:00)

Rusiya neft hasilatı üzrə böhrandan əvvəlki səviyyəyə 2022-ci ildə çatacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, "OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin sonuncu qərarı 2021-2022-ci illərdə Rusiyaya neft hasilatını əlavə olaraq 21 mln. ton artırmağa imkan verəcək.

"Bazar üçün hasilatı böhrandan əvvəlki səviyyəyə qaytarmaq üçün qərar verilib. Məsələn, Rusiyada böhrandan əvvəlki səviyyəyə gələn ilin mayında çatacağıq", - Novak bildirib.

Xatırladaq ki, OPEC-ə) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.

Qeyd edək ki, yeni razılaşma, "OPEC+" ölkələri üzrə mövcud 5,8 mln. barel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 mln. barel azaldılmasını nəzərdə tutur.

İclasda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin 1 sentyabr tarixində keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR