Rusiya neft hasilatı üzrə rekordunu təkrarlaya bilər

Rusiya neft hasilatı üzrə rekordunu təkrarlaya bilər
# 10 noyabr 2021 10:54 (UTC +04:00)

Rusiya 2023-2024-cü illərdə neft hasilatı üzrə rekordunu təkrarlıya bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov deyib.

"İnanırıq ki, 2023-2024-cü illərdə hasilat təqribən 560 mln. ton təşkil edəcək. Bizim vəzifəmiz dünya bazarında resursumuzun rəqabətə davamlılığını təmin etməkdir, nəinki istehsal üzrə rəqəm göstəricisi arxasınca düşmək", - nazir qeyd edib.

Xatırladaq ki, 2019-cu ildə Rusiya 560,3 mln. ton göstərici ilə neft hasilatı üzrə rekorda imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR