Rusiya qazının Ukrayna ərazisi ilə tranziti kəskin azalıb

Rusiya qazının Ukrayna ərazisi ilə tranziti kəskin azalıb
# 01 noyabr 2021 15:26 (UTC +04:00)

Noyabrın 1-də Rusiya təbii qazının Ukrayna ərazisi ilə tranziti sutkada 57 mln. kubmetr təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 33,3% azdır.

"APA-Economics"in "Kommersant"a istinadən verdiyi məlumata görə, bu barədə "Operator GTS of Ukraine" şirkətinin rəhbəri Sergey Makoqon "Facebook" səhifəsində yazıb.

"Oktyabrın 1-dən Ukrayna ərazisindən qazın gündəlik tranziti 86 mln. kubmetrədək azalıb. Bununla belə, tranzit gücünə görə "Qazprom" 109 mln. kubmetr qaz ödəyir. Belə nəqletmə həcmləri ilə "Qazprom" mayın sonuna qədər Aİ-yə təqribən 5 mlrd. kubmetr qazı nəql edə bilməyəcək. Noyabrın 1-dən Ukrayna ərazisindən gündəlik tranzit yenidən azalıb – 57 mln. kubmetrə qədər", - Makoqon qeyd edib.

Onun sözlərinə görə, oktyabrın sonunda Macarıstan "Qazprom"la Ukraynadan yan keçməklə qaz tədarükünə dair müqavilə imzaladıqdan sonra Ukraynanın qaz nəqli sistemi ilə qaz tranzitinin həcmi təxminən 4,5 mlrd. kubmetr azalıb.

Oktyabrın 1-dən "Qazprom" Macarıstanla müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə başlayıb. Kreml bu qaz müqaviləsini Ukraynanın hüquqlarının pozulması hesab etmir. Doqquz ay ərzində Rusiya qazının Ukrayna ərazisindən tranziti 17,2% azalıb. Kiyev "Qazprom"a əlavə qaz tranziti üçün endirim təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR