Türkiyə Azərbaycan qazının idxalını 21% azaldıb

Türkiyə Azərbaycan qazının idxalını 21% azaldıb
# 28 oktyabr 2021 12:10 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Türkiyə Azərbaycandan 5 965,63 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 20,7% azdır.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 7 525,19 mln. kubmetr qaz idxal edib.

Məlumata görə, cari ilin avqust ayında Türkiyə Azərbaycandan 547,15 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 44,5% azdır. Avqust ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya və İrandan sonra üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, idxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddəti başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub.

Xatırladaq ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu illə müqayisədə 20,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR