"Urals" neftinin orta qiyməti bu il 61%-dən çox artıb

"Urals" neftinin orta qiyməti bu il 61%-dən çox artıb
# 01 oktyabr 2021 16:49 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın "Urals" markalı ixrac neftinin bir barelinin orta qiyməti 65,96 ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 61,5% çoxdur.

"APA-Economics"in Rusiya Maliyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 40,84 dollar təşkil edib.

Qeyd olunur ki, bu ilin sentyabr ayında "Urals"ın bir barel üçün orta qiyməti 72,46 dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (2020-ci ilin sentyabr ayında sözügedən göstərici 40,91 dollar olub) 77,1% (1,8 dəfə) çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR